“Toyuqların ərləri” Baydeni niyə narahat edir?

  “Toyuqların ərləri”  Baydeni niyə narahat edir?
  22 Sentyabr 2021    Oxunub:3116
BMT Baş Assambleyasındakı çıxışında ABŞ prezidenti Co Bayden bir sıra qlobl məsələlərə toxundu. “Biz nəzərlərimizi ümumi gələcəyə yönəldir, onun müdafiəsi üçün resursları istiqamətləndiririk. Pandemiyaya son qoyulması zəruridir, iqlim dəyişikliyinə cavab verilməlidir. Ticarət, kibertəhlükəsilik, yeni texnologiyalar kimi vacib sahələrdə ümumdünya qaydaları işlənib-hazırlanmalı, bugünkü terror təhlükəsinin qarşısı alınmalıdır”, - Bayden deyib.
Ölkəsinin hərbi gücündən yalnız son vasitə kimi istifadə edəcəyini və yeni “soyuq müharibə” istəmədiyini vurğulayan ABŞ prezidenti bu yöndə alternativ yolun yerlərdə müttəfiqlərlə qarşılıqlı fəaliyyət olacağını bildirib. ABŞ-ın son 20 ildə ilk dəfə müharibə aparmadığını qeyd edən Co Bayden Vaşinqtonun dostlarını və daha güclü dövlətlərin iqitsadi təzyiqinə, dezinformasiyaya məruz qalan, ərazilərinin güclə dəyişdirilməsi təhdidi ilə üzləşən müttəfiqlərini dəstəkləyəcəyini diqqətə çatdırıb. ABŞ prezidenti bundən sonra da dünyada lider rolu oynayacağını, lakin bunu tərəfdaşları ilə birgə həyata keçirəcəyini bildirib.

Bayden çıxışında ABŞ demokratlarının ən sevimli və manipulyativ alətə çevirdiyi insan haqları, xüsusilə, cinsi azlıqların müdafiə mövzusuna da xüsusi diqqət ayırıb. Bütün ölkələri LGBT təmsilçilərinin haqlarını qormağa çağıran ABŞ prezidenti qeyd edib ki, istər Çeçenistan olsun, istər Kamerun, istərsə də hər hansı digər ölkə, məhz belə yanaşma sərgiləməlidir.

Co Bayden beynəlxalq aləmə xitabən nə qədər “biz-biz” desə də, onun ABŞ-ın yenə də liderlik missiyasını daşıyacağı, insan haqlarının qorunması, xüsusilə də LGBT-nin müdafiəsi kimi mövzuları qabartması Vaşinqtonun hegemonluq siyasətinin gündəmdən çıxmadığını göstərir və bu, təəccüblü deyil. Çünki adətən sərt güc tətbiqindən istigadə edən respublikaçılardan fərqli olaraq, demokratların təzyiq vasitəsi kimi “insan haqları” dəyənəyinə əl atması ABŞ-ın xarici siyasət kursunun ənənəvi metodudur.

LGTB təmsilçilərinin müdafiəsi məsələsində Vaşinqtonun bütün ölkələrə açıq-aşkar və ya dolayısı ilə təzyiq göstərmək cəhdləri məhz Barak Obamanın prezidentliyi dövründə daha aqressiv şəkildə həyata keçirilirdi. Ölkənin bütün ştatlarında eynicinsli nikahların qanuniləşdirilməsi barədə ABŞ Ali Məhkəməsinin 2015-ci il iyunun 26-da çıxardığı verdikti insan haqlarının müdafiəsi sahəsində cahanşümul qələbə kimi qiymətlndirən Dövlət katibi Con Kerrinin Vaşinqtonun bununla kifayətlənməyərək, belə “dəyərli qələbəni” bütün dünyaya yayacaqlarını bəyan etməsi əslində beynəlxalq aləmə, xüsusilə də Şərqə çox sərt xəbərdarlıq idi. Bu qərardan qürur hissi keçirdiyini bildirən prezident Barak Obama isə ABŞ-ın məşhur nəşrlərindən birinə verdiyi müsahibəsində Rusiyada LGBT təmsilçilərinin haqlarının məhdudlaşdırılmasından – onların parad keçirməsinə qadağa qoyulmasından – çox narahat olduğunu bildirmişdi. Halbuki, həmin vaxt məhz ABŞ və onun müttəfiqlərinin hərbi müdaxiləsi nəticəsində qan çanağına döndərilmiş Yaxın Şərqin bir sıra ölkələrində yüz minlərlə insan qətlə yetirilir və milyonlarla insan öz doğma ocaqlarından didərgin salınırdılar. Bunun qarşılığında isə faciənin ssenaristi və səbəbkarı olan fövqəldövlətin prezidenti Rusiyada LGBT təmsilçilərinin “dərdi”ni çəkirdi.

Buna qədər isə Qərbin təşəbbüsü ilə 2011-ci il mayın 11-də Türkiyənin İstanbul şəhərində qadına qarşı və ailədə zorakılıqla mübarizə müstəvisində 46 dövlət Avropa Şurasının beynəlxalq Konvensiaysını imzaladı. Konvensiyanı 2012-ci ilin martında parlamentdə təsdiqləyən ilk dövlət Türkiyə oldu. 2013-2019-cu illər ərzində daha 33 ölkə sözügedən sənədi parlament səviyyəsində təsdiqlədilər. Amma yuxarıda qeyd olunan məqamlar, xüsusilə də, ABŞ və onun müttəfiqlərinin bu müstəvidə oyunbazlıqları onsuz da bəzi ölkələrin lap əzəldən tənqidi yanaşdığı və təsdiqləmədiyi İstanbul Kovensiyasına etimadı, demək olar ki, heçə endirdi. Bu ilin mart ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İstanbul konvensiyasından çıxdığı barədə Sərəncam imzaladı. Sənəddə homoseksualizmi ənənəvi normalarla eyniləşdirən bu konvensiyanın Türkiyənin sosial və ailə dəyərlərilə uzlaşmadığı bildirilir. Rəsmi Ankara konvensiyadan siyasi təzyiq aləti kimi istifadə edildiyini vurğuladı.

Əslində ABŞ-ın və ümumilikdə Qərbin eynicinsli nikahları və LGBT dəyərlərini təbliği, bu kəsim təmsilçilərinin “hüquqlarının” müdafiəsi siyasəti məhz ənənəvi ailə dəyərlərinin nüfuzdan salınması, ailə institutunun tamamilə aradan qaldırılması məqsədini güdür ki, bu da son nəticədə milli dövlətlər anlayışının süqutuna gətirib çıxarılmalıdır. Çünki milli dövlət məfhumunun süqutu məhz onun kiçik prototipi və molekulu olan ailə institutunun dağılmasından keçir.

Bu həqiqəti əksər dövlətlər çox yaxşı anlayırlar. Belə “dəyər”ləri İslam dünyasına həzm etdirmək cəhdləri isə birmənalı şəkildə iflasa uğrayacaq. Bu baxımdan, Co Baydenin BMT kürsüsündən LGBT-nin müdafiəsi ilə bağlı bəyanatına Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun öz Teleqram-kanalında verdiyi cavab çox ibrətamizdir. “Bayden elə bir absurd bəyanat verib ki, mən onu yalnız ölkəmizə dəvət edə bilərəm. Qoy gəlib əyani şəkildə görsün ki, Çeçenistan respublikasında “xoruz”lar yoxdur, hətta belə söz də yoxdur. Bunun əvəzində bizdə “toyuqların ərləri” var”, - Kadırov vurğulayıb.

Sahil İsgəndərov, politoloq
Azvision.az




Teqlər: Bayden   Kadırov  





Xəbər lenti