Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini keçib

Rusiyada koronavirusdan ölənlərin sayı 200 mini keçib
  22 Sentyabr 2021    Oxunub:687
Rusiyada son sutka ərzində daha 19 706 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 333 557 nəfərə çatıb.

Ötən gün Rusiyada 817 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 200 625 nəfərə çatıb. İndiyədək 6 542 213 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Virus  





Xəbər lenti