Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq

Formula 1 Azərbaycan Qran-Prisi iyunun 12-də təşkil olunacaq
  22 Sentyabr 2021    Oxunub:1002
Formula 1 üzrə gələn il keçiriləcək dünya çempionatının ilkin təqvimi məlum olub.
Azvision.az xəbər verir ki, Avropa mətbuatının məlumatına görə, ilk yarış martın 20-də Bəhreyndə keçiriləcək.

Mövsüm noyabrın 20-də Abu-Dabidə yekunlaşaçaq. Azərbaycan Qran-Prisi isə iyunun 12-də təşkil olunacaq. Ümumilikdə mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır.

Azvision.az


Teqlər: Formula-1  





Xəbər lenti