"Twitter"də nasazlıq yaranıb

"Twitter"də nasazlıq yaranıb
  21 Sentyabr 2021    Oxunub:576
Dünyanın bir çox ölkələrində "Twitter"in işində nasazlıqlar müşahidə olunur.
Azvision.az xəbər verir ki, bu barədə məşhur internet resurslarını izləyən “Downdetector” xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Fransadan olan istifadəçilər şikayət edirlər.

Şəbəkəyə qoşulmaqda və mobil tətbiqin işləməsində problem mövcuddur.

Azvision.az



Teqlər: Tvitter  





Xəbər lenti