Araz Ağalarov Dünya çempionatı-2018 üçün stadion tikəcək

Araz Ağalarov Dünya çempionatı-2018 üçün stadion tikəcək
  22 Mart 2014    Oxunub:1697
Futbol üzrə 2018-ci ilin Dünya çempionatı üçün Rusiyanın Rostov şəhərində stadion tikmək hüqunu azərbaycanlı milyarder Araz Ağalarova məxsus “Crocus Group” şirkətinə verilib.

AzVision.az Musavat.com-a istinadən verdiyi xəbərə görə, bu haqda “Novaya qazeta” məlumat verib. İnfrastruktur layihələrini həyata keçirəcək şirkətlər müsabiqə yolu ilə seçilmir, icra hakimiyyəti orqanları onları özləri təyin edirlər. Bu barədə göstərişi Rusiya prezidenti Vladimir Putin verib.

Araz Ağalarova 2018-ci ilin Dünya çempionatı üçün iki arenanın inşa edilməsi işi tapşırılıb. Bunlardan biri Rostovda - Don çayının sol sahilində, digəri isə Kalininqraddadır. Azərbaycanlı milyardel stadionların tikintisi hüququ uğrunda mübarizədə Ziyaudin Məhəmmədov və Oleq Deripaskiyə qalib gəlib.

Araz Ağalarov bir sıra ambisioz layihələrlə tanınır. Onların arasında Rusiyanın ilk özəl metro stansiyas olan “Myakinino” və Avropanın ən böyük oteli, 1000 nömrəlik 51 mərtəbəli “Holiday İnn” də var.

“Forbs” jurnalı 2013-cü ilin martında Araz Ağalarovun sərvətinin 1,8 milyard dollar olduğunu açıqlayıb. Bu göstərici ilə o dünyaza 831-ci, Rusiyada isə 40-cı yeri tutub.

Qeyd edək ki, Rostovdakı stadion 45 min nəfərlik olmalıdır. Artıq obyektin layihə-smeta sənədləri hazırdır. Tikintinin 2014-cü ilin ikinci rübündə başlanacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti