"Taliban" pəncşirli iş adamını nazir təyin edib

"Taliban" pəncşirli iş adamını nazir təyin edib
  21 Sentyabr 2021    Oxunub:849
Pəncşirdən olan sahibkar Hacı Nuriddin Əzizi Əfqanıstanın ticarət naziri təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatının sözçüsü Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, Baqlan və Sari-Pul əyalətlərindən olan sahibkarlar nazir müavini təyin edilib. Həmçinin, doktor Qələndər İbad səhiyyə nazirliyinə rəhbərlik edəcək.

Mücahid bildirib ki, bütün təyinatlar "İslam Əmirliyinin" strukturunu gücləndirəcək.

Qeyd olunub ki, bununla taliblər hökumətə təkcə puştunların deyil, etnik azlıqların nümayəndələrini də daxil etməyə hazır olduqlarını göstəriblər.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti