Braziliya prezidenti restorana buraxılmadı, küçədə nahar etdi

  21 Sentyabr 2021    Oxunub :266
Braziliya prezidenti restorana buraxılmadı,    küçədə nahar etdi
BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn Braziliya prezidenti Jair Bolsonar restorana buraxılmayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Şəhərdə qüvvədə olan sanitariya qaydalarına uyğun olaraq, iaşə müəssisələri də daxil olmaqla qapalı yerləri ziyarət etmək üçün COVID-19 əleyhinə peyvənd sənədi tələb olunur. Vaksin edilməyən Braziliya lideri küçədə nahar etmək məcburiyyətində qalıb. Onu səhiyyə naziri Marselo Keyroqa, turizm naziri Jilson Maçado Neto və digər siyasətçilər müşayiət edib.

Bolsonaro, peyvənd edilməməsini immunitet sisteminin koronavirusa qarşı müqavimət göstərə biləcək qədər güclü olması ilə izah edib. Nümayəndələrin BMT Baş Assambleyası zalına girməsi üçün peyvənd sənədi tələb olunmur.

Bolsonaro ölkədəki COVID-19 epidemiyası ilə bağlı siyasəti ilə "məşhurdur". Dövlət başçısı dəfələrlə qripdən heç bir fərqi olmadığını deyərək koronavirusun təhlükəsini aşağı salıb. Bundan əlavə, əyalət qubernatorlarını karantin tədbirlərini yumşaltmağa çağırıb. Bu yaxınlarda xəstəxanadan çıxdıqdan sonra da prezident jurnalistlərlə danışmazdan əvvəl maskasını çıxarıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Braziliya-Prezidenti  







Xəbər lenti