Ermənistanda koronavirusa yoluxanların sayı 254 mini keçdi

  21 Sentyabr 2021    Oxunub :317
Ermənistanda koronavirusa yoluxanların sayı 254 mini keçdi
Ermənistanda son sutka ərzində daha 494 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 254 436 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 18 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5162-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1193 nəfərdir.

Aktiv xəstələrin sayı 11 114 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  







Xəbər lenti