Bu il Gürcüstana satılan qazın həcmi açıqlandı

  20 Sentyabr 2021    Oxunub :381
Bu il Gürcüstana satılan qazın həcmi açıqlandı
Gürcüstan cari ilin yanvar-avqust aylarında Azərbaycandan 858,1 min kubmetr həcmində təbii qaz idxal edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib. Bildirilir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 faiz azdır.

Məlumatda həmçinin qeyd olunur ki, Gürcüstan hesabat dövründə Azərbaycandan 148,5 min ton neft və neft yağları alıb. Bu da illik müqayisədə 0,7 faiz çoxdur.

Azvision.az

Teqlər: Qaz  







Xəbər lenti