Türkiyədəki səfirliyimizdə Novruz şənliyi

Türkiyədəki səfirliyimizdə Novruz şənliyi
  22 Mart 2014    Oxunub:990
Qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilib
Azərbaycanın Türkiyədəki səfirliyində Novruz bayramı münasibətilə şənlik keçirilib. Səfirlikdən verilən məlumata görə, tədbirdə Türkiyə Respublikası Prezident Administrasiyasının Rəhbəri Mustafa İsen, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri İsmet Sezqin, iqtidar partiyası olan AKP-nin deputatı Tülay Selamoğlu başda olmaqla çox sayda millət vəkili, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, incəsənət və elm xadimləri, diaspor nümayəndələrimiz, Ankarada təhsil alan tələbə və polis akademiyası kursantlarımız, eləcə də KİV nümayəndələri iştirak ediblər.

Səfir Faiq Bağırov qonaqları salamlayıb, Novruzun mahiyyətini və əhəmiyyətini anladan çıxışının ardından Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətini oxuyub.

Ardından qonaqlara milli musiqilərimizin sədaları altında ölkəmizin ənənəvi mətbəxinə məxsus ləziz yeməklərin də olduğu ziyafət verilib.

Səfirliyimizin həyətində yandırılmış Novruz tonqalı qonaqlara şən və gözəl dəqiqələr yaşadıb, gənclərin milli musiqilərimizlə etdiyi rəqslər şənlik iştirakçılarına əsl bayram əhval ruhiyyəsi yaşadıb.

Tədbir iştirakçılarına türk dilində nəşr olunan "İrs-Miras" jurnalının yeni çap olunmuş növbəti sayı təqdim olunub.


Teqlər:  





Xəbər lenti