Ermənistanda koronavirusdan ölənlərin sayı artıb

Ermənistanda koronavirusdan ölənlərin sayı artıb
  20 Sentyabr 2021    Oxunub:648
Ermənistanda son sutka ərzində daha 342 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 253 942 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 12 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5143-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1192 nəfərdir.

Aktiv xəstələrin sayı 11 029 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti