"Moskva, Bakı və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır" - Overçuk

   "Moskva, Bakı və İrəvan nəqliyyat əlaqələrini açmaqda qərarlıdır" -    Overçuk
  20 Sentyabr 2021    Oxunub:2281
“Ermənistan, Rusiya və Azərbaycan bölgədəki nəqliyyat və iqtisadi əlaqələrin blokadan çıxarılmasında qərarlıdır”.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk İrəvanda keçirilən Ermənistan-Rusiya biznes forumu çərçivəsində jurnalistlərə deyib.

O bildirib ki, üçtərəfli İşçi Qrupunun iclasları keçirilir: “Sonuncu yeddinci iclas avqustun ortalarında Moskvada baş tutdu. Bütün tərəflər bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadan çıxmasında qərarlıdır. Bunun necə ediləcəyi ilə bağlı müzakirələr gedir”, - Overçuk söyləyib.

Onun fikrincə, nəqliyyat marşrutlarının bərpasının Ermənistanla Rusiya arasında ticarətin genişləndirilməsi və artırılması üçün yeni imkanlar yaradacağı aydındır.

Öz növbəsində Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan uzun illər nəqliyyat əlaqəsi məsələsində məhdudiyyətlərin olduğunu qeyd edib. Qriqoryan bildirib ki, kommunukasiyaların açılmasının iqtisadiyyata müsbət təsir edəcəyi məlumdur, lakin konkret rəqəmlərdən danışmaq hələ tezdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Ermənistan  





Xəbər lenti