Vahid Rusiya partiyası seçkilərdə liderdir

   Vahid Rusiya partiyası seçkilərdə liderdir
  19 Sentyabr 2021    Oxunub:695
Rusiya parlamentinin aşağı palatasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib. O qeyd edib ki, hazırda protokolların 10%-i sayılıb.

İlkin nəticəyə görə, hakim "Vahid Rusiya" Partiyası 38 faiz səslə birinci yerdədir. İkinci yeri 21 faiz səslə Kommunist Partiyası, üçüncü yeri 9 faizlə səslə Liberal Demokrat Partiyası tutub.

Ədalətli Rusiya Partiyası və Yeni insanlar Partiyası da hələlik 5 faizlik baryeri aşıb.

Azvision.az


Teqlər:





Xəbər lenti