Vaksin vurdur, tamaşaya bax: Peyvəndlənən erməniləri teatra göndərirlər

  19 Sentyabr 2021    Oxunub :278
     Vaksin vurdur, tamaşaya bax:  Peyvəndlənən erməniləri teatra göndərirlər
Ermənistan Səhiyyə Nazirliyi insanları vaksinasiya proseslərinə cəlb etməyin yeni yolunu tapıb. Bu gün ölkədə koronavirus infeksiyasına qarşı peyvənd olunan vətəndaşlar İrəvan Dram Teatrına bilet qazanıblar.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Biletlərin İrəvanın şimal prospektindəki səyyar məntəqədə peyvənd edilən vətəndaşlara paylandığı qeyd olunur. Yerli media yazır ki, nazirlik əhali arasında vaksinasiyanı təşviq etmək qərarına gəlib. Aksiya sabah həm şimal prospektində, həm də digər ərazilərdə davam etdiriləcək. Vətəndaşlar peyvənd olunduqdan sonra mədəniyyət tədbirlərinə bilet alacaqlar.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Vaksin   Teatr  







Xəbər lenti