Azərbaycan Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə yatırıb

Azərbaycan Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar sərmayə yatırıb
  18 Sentyabr 2021    Oxunub:931
"Azərbaycan son illər ərzində Gürcüstan iqtisadiyyatına 1,2 milyard dollar həcmində sərmayə qoyub".
Azvision.az xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində yeni tikilən idman kompleksinin açılışı mərasimində söyləyib. Onun sözlərinə görə, bu gün Gürcüstanda Azərbaycan sərmayəsi hesabına həyata keçirilən layihələr bunu bir daha sübut edir.

O deyib ki, bu gün bir sıra ölkələrdə əhalinin təbii qazla təminatında müəyyən çətinliklər mövcuddur. Azərbaycanda əhalinin qazla təminatı 96 faiz, Gürcüstanda 90 faizə yaxındır. Qonşu Rusiya və İranda isə bu göstərici 70 faizə qədərdir:

“Biz bu nailiyyətə Gürcüstan hökuməti ilə birgə əməkdaşlıq və birgə səylərimiz nəticəsində nail olmuşuq”, - deyə R.Abdullayev vurğulayıb.

Azvision.az



Teqlər: Azərbaycan  





Xəbər lenti