Məhkəmə Köçəryanı Moskvaya buraxmadı

   Məhkəmə Köçəryanı Moskvaya buraxmadı
  17 Sentyabr 2021    Oxunub:803
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib.
Azvision.az xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim “Vahid Rusiya” partiyası Köçəryanı Moskvaya dəvət edib: “Gözlənilirdi ki, sentyabrın 19-da Rusiya tərəfi ilə görüşdə təkcə partiyalararası əməkdaşlıq məsələləri deyil, digər məsələlər də müzakirə olunacaq”.

O da vurğulanıb ki, birinci instansiya məhkəməsi Köçəryanın ölkəni tərk etməsinə qoyduğu qadağanı heç bir şəkildə əsaslandırmayıb: “Biz hakimiyyətin “Hayastan” blokunun siyasi fəaliyyətini məhdudlaşdırmaq məqsədi ilə məhkəməyə təzyiq nümayişinin bir daha şahidi oluruq”.

Azvision.az



Teqlər:





Xəbər lenti