Zaqatalada iki intihar hadisəsi baş verib

Zaqatalada iki intihar hadisəsi baş verib
  21 Mart 2014    Oxunub:1073
Bu gün Zaqatala rayonunda iki intihar hadisə baş verib.

AzVision.az Kanal S-ə istinadən məlumat verir ki, Zaqatala rayonunda hərbi xidmətdə olan 1992-ci il təvəllüdlü Salyan rayon sakini Kərimov Əlisahib Əlibakat oğlu özünə qəsd edib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından mərhumun siçovul zəhəri içərək canına qıydığı bildirilir.

İkinci intihar hadisəsi isə Zaqatala rayonunun Car kəndində baş verib. 62 yaşlı kişi özünü öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti