Novruz festivalından FOTOREPORTAJ

Novruz festivalından FOTOREPORTAJ
  21 Mart 2014    Oxunub:1263
İçərişəhərdə I Beynəlxalq Novruz festivalı davam edir
Xəbər verdiyimiz kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə I Beynəlxalq Novruz festivalı keçirilir.

AzVision.az xəbər verir ki, bayram şənliyi martın 21-də də davam edib. Qoşa Qala Qapısı qarşısında təşkil olunmuş “Meydan bazarı”na şəhər sakinləri ilə yanaşı, paytaxtımızın çoxsaylı qonaqları da təşrif buyurublar. Burada müxtəlif ölkələrin mədəniyyətini əks etdirən videofilmlər, milli tətbiqi sənət nümunələri və suvenirlər sərgilənib. Həmçinin pəhləvanlar, kəndirbazlar və sehrbazlar məharətlərini göstərib, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, bayramın əsas qəhrəmanları olan Kosa və Keçəl insanların bayram əhval-ruhiyyəsini daha da yüksəldiblər.

Rəngarəng konsert proqramında muğam və klassik musiqi əsərləri, müxtəlif xalqların milli musiqiləri, müasir estrada və caz musiqisi səsləndirilmişdir. Bununla yanaşı, Əliağa Vahid meydanında pantomima ustaları da çıxış ediblər.



Xatırladaq ki, İçərişəhərdə daha iki gün davam edəcək festival “Nar Mobile”, “Paşabank” və “A+A Events” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.

Qalereya




Teqlər:  





Xəbər lenti