Şoyqu Tacikistana gedib

Şoyqu Tacikistana gedib
  15 Sentyabr 2021    Oxunub:855
Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Tacikistana səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri, müdafiə nazirləri və təhlükəsizlik şuraları katiblərinin görüşlərində iştirak etməyi planlaşdırır.

Görüşlərdə regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə ediləcək. Əsas mövzu isə Əfqanıstandakı vəziyyət olacaq. Xatırladaq ki, KTMT rəsmilərinin görüşü bu gün Düşənbədə keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Tacikistan  





Xəbər lenti