Kiyev Qərbin vədlərinə inanmır - Dmitri Kuleba

  14 Sentyabr 2021    Oxunub :379
   Kiyev Qərbin vədlərinə inanmır -    Dmitri Kuleba
Təcrübə Ukraynaya yalnız özünə güvənməyi öyrətdi. Nazir buna nail ola bilmək üçün İsrail kimi çevik bir hərbi dövlətə çevrilməyi öyrənməli olduqlarını bildirib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev artıq Qərbin vədlərinə inanmır.
Azvision.az xəbər verir ki, o bu barədə "The İndependent" qəzetinə müsahibəsində bildirib.

"Ukrayna Qərbin vədlərinin böyük ehtimalla uğursuz olacağını bildirən bir çox acı dərslər aldı. Biz vədlərə inanmırıq" – o deyib.

Kuleba Ukraynanın yalnız özünə güvənə biləcəyini başa düşdüyünə aydınlıq gətirib.

"Hazıkı durum bizə heç bir seçim yeri qoymur. Yaşamaq üçün bizə ordu, diplomatiya və Ukrayna xalqı lazımdır" – Kuleba deyib.

Xatırladaq ki, bir müddət əvvəl xarici işlər naziri Aİ-ni Ukraynanı islahatlar qarmağında saxlamamağa çağırmışdı.

Kuleba həmçinin hesab edir ki, Ukrayna dünya siyasi arenasında öz maraqlarını praqmatik şəkildə təbliğ edən fəal oyunçuya çevrilib.

Azvision.az



Teqlər: Ukrayna   Kuleba  






Xəbər lenti