Avtomobil istehsalı xeyli artıb

   Avtomobil istehsalı xeyli artıb
  14 Sentyabr 2021    Oxunub:1149
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 1 214 vahid minik avtomobili istehsal olunub
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.


Təkcə avqust ayında 274 avtomobil buraxılıb ki, bu da iyul ayı ilə müqayisədə 89% çoxdur. Sentyabrın 1-nə hazır avtomobil ehtiyatı 239 ədəd təşkil edib.

Xatırladırıq ki, 2020-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsal 17,4% azalaraq 1 949 ədədtəşkil edib. Ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı olub. 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılıb. İstehsal ötən ilin iyununda bərpa olunub.

Azvision.az





Teqlər: Avtomobil-istehsalı  





Xəbər lenti