İrəvanda polis etirazçılara zor tətbiq edib - VİDEO

  14 Sentyabr 2021    Oxunub :263
   İrəvanda polis etirazçılara zor tətbiq edib -    VİDEO
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirən vətəndaşlara polis zor tətbiq edib.
Azvision.az bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, paytaxtın "Fizqorodok" adlanan ərazisinin sakinləri İrəvan meriyası qarşısında aksiya keçiriblər. Çoxmərtəbəli binanın inşasına etiraz edən nümayişçilər küçəni bağlayıblar.

Polis zor tətbiq edərək, qadınlar da daxil olmaqla etirazçıları saxlayıb.

Xatırladaq ki, iyul ayında İrəvan meriyası "Fizqorodok" ərazisində çoxmərtəbəli binanın tikintisinə icazə verib. Şəhər sakinləri bu tikintiyə qarşı mübarizə aparırlar.



Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Aksiya  






Xəbər lenti