Ermənistan suverenliyini itirməklə üz-üzə

   Ermənistan suverenliyini itirməklə üz-üzə
  14 Sentyabr 2021    Oxunub:2795
Ermənistan parlamentindəki «Ermənistan» müxalif bloku fraksiyasının katibi Artsvik Minasyan bu gün keçirdiyi brifinqdə Gorus-Qafan dövlətlərarası avtomobil trassında yaranmış vəziyyətlə bağlı parlamentin xüsusi iclasının keçirilməsi barədə anlaşma əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, bu müzakirələr qapalı şəkildə aparılacaq.
Dünən ölkənin güc strukturlarına parlamentin iclaslarında iştirak etmələri barədə bu qurumların rəhbərləri səviyyəsində “Ermənistan” fraksiyası adından məktublar ünvanladıqlarını vurğulayan Minsayan sözügedən məsələ ilə bağlı tam məlumat ala biləcəklərinə ümidli olduqlarını bildirib.
Bu kontekstdə aparılacaq dinləmələrdə dövlət sirri olan məlumatların açıqlana biləcəyi ehtimalı nəzərə alınaraq, parlamentin iclasının mətbuat üçün qapalı formatda keçirilməsinə qərar verilib.

- Əsas problem odur ki, biz ölkə qarşısında duran vəzifələri həll edə bilmirik. Ən sadə nümunə Ermənistan respublikasının suverenliyinin pozulmasıdır. Biz faktiki olaraq bu rayonda (Sünik vilayəti) suverenliyi itirmişik, ərazi bütövlüyümüz pozulub ki, bununla bağlı cinayət işi açılmalıdır. Baş prokurorun bütün suallara cavab verəcəyini gözləyirik. Xarici İşlər nazirliyinin İran tərəfi ilə zəruri işlər apardığına əmin olmalı, beynəlxalq müstəvidə hansı işlərin görüldüyünü bilməliyik” - Minasyan qeyd edib.

Onun sözlərinə görə, parlamentin qapalı iclasının bacardıqca tez keçirilməsi barədə razılığa gəlindiyindən, bu məsələ ilə bağlı dinləmələr ya bu gün, ya da sabah baş tutmalıdır.


Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   Suverenlik   Təhlükə  





Xəbər lenti