Paşinyan o qədər içdi ki, yeriyə bilmədi- VİDEO

   Paşinyan o qədər içdi ki, yeriyə bilmədi-   VİDEO
  14 Sentyabr 2021    Oxunub:6857
Ermənistan baş naziri Nikol Paşinyanın içkili halda olduğunu göstərən video yayılıb. Azvision.az xəbər verir ki, yerli media görüntülərin sosial şəbəkələrdə fenomenə çevrildiyini yazıb.
Baş nazirin zorla addımlamasını əks etdirən bu video sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb. İnsanlar ölkədə bu qədər problem varkən dövlət başçısının eyş-işrətindən qalmamasını, içki məclisləri quraraq vaxtını xoş keçirməsini tənqid ediblər.

"Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyanın qapalı bir ərazidən, çox güman ki, restorandan necə çıxdığını göstərən video yayılıb. Sosial mediada yayılan məlumatlara görə, ölkə başçısı həmin görüntülərdə sərxoş olub, spirtli içkinin təsirindən hərəkətlərinə zorla nəzarət edirmiş. Onun hətta addım atarkən iradəsiz davranışlar sərgiləməsi, çətinliklə yeriməsi də diqqət çəkir"-,yerli saytlar yazıb.

Qeyd edək ki, Paşinyan bundan öncə də bir neçə dəfə içki amilinə görə ictimai qınaqla üzləşib.




Tural Tağıyev
Azvision.az




Teqlər: Paşinyan   Sərxoş  





Xəbər lenti