Taliban hərbi cinayət ittihamlarını rədd edir

  14 Sentyabr 2021    Oxunub :199
Taliban hərbi cinayət ittihamlarını rədd edir
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı insan haqları təşkilatları tərəfindən irəli sürülən hərbi cinayətlərlə bağlı ittihamları qəbul etmir.
Azvision.az "TOLO news”a istinadən xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zəbihulla Mücahid bildirib.

O deyib ki, İslam Əmirliyi (Əfqanıstan) mücahidlərinin müharibə cinayətləri törətmələrinə dair “Human Rights Watch”un məlumatları doğru deyil.

“Onların hesabatını qətiyyətlə rədd edirik. Təşkilatın hesabatları dezinformasiyaya əsaslanmamalıdır. Əfqanıstan əyalətlərində baş verənləri diqqətlə öyrənməlidirlər", - Mücahid deyib.

Təşkilat avqustun əvvəlində, “Taliban”ın Qəzni və Qəndəhar da daxil olmaqla, Əfqanıstan əyalətlərinə hücumlar zamanı saxlanılan əsgərləri, polisləri və mülki əhalini edam etdiklərinə dair hesabat yayıb.

HRW-in Asiya üzrə direktor müavini Patrisia Qossman bildirib ki, saxlanılan istənilən şəxsi, mülki və ya hərbçi olmasından asılı olmayaraq edam etmək Cenevrə konvensiyalarının ciddi şəkildə pozulması və hərbi cinayətdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Taliban  






Xəbər lenti