"Biz dövlətimizi itiririk" - Erməni ekspert

  13 Sentyabr 2021    Oxunub :523
 "Biz dövlətimizi itiririk" -  Erməni ekspert
“Yadellilərin çoxsaylı müdaxiləsindən, soyqırımdan və iki dünya müharibəsindən çıxmış Ermənistan, yəqin ki, bu dəfə parçalanmağa daha çox yaxındır. Çünki bu ilin iyununda Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasına səs vermiş təxminən 680 minlik vətəndaş ordusunun hücumuna Ermənistan çox çətinliklə müqavimət göstərir. Beləliklə, biz dövləti də, Vətəni də itiririk”.
Bu fikirlərini «Feysbuk» səhifəsində bölüşən erməni siyasi icmalçı Vahe Ohannisyan Ermənistana təhdid yaradan və onu parçalamağa aparan daha bir neçə “ordu”nun mövcud olduğunu bildirir.

- Dövlətimizə hücum edən və onu öz qanını axıtmağa məcbur edən “ikinci ordu” miqrasiyadır. Hər ay bir-iki ailə ətrafımız tərk edir. “Üçüncü ordu” laqeyd insanların sayının artmasıdır. Bu adamları, əsasən öz rifahları və kölgələri maraqlandırır. Ermənistan dövlət kimi onların dünya baxışından kənardadır. Bu fonda “Müqavimət ordusu” bir növ hərbi ehtiyat rolunu oynayır. İndi o təşkilatlanmayıb və əlaqələnidirlməyib, onun sıralarında qeyri-sağlam atmosfer mövcvuddur. Bu “ordu”nun ünvanının, proqramının və idarəetmə mərkəzinin harada olduğu aydın deyil”- Ohannisyan bildirib.

Siyasi icmalçının fikrincə, məhz belə hallarda cəmiyyət sürətlə dağılmağa başlayır, bütün qapıları xarici düşmənə açır, ölkədə isə radikal əhval-ruhiyyə güclənməyə başlayır.

- Düşünürəm ki, Ermənistan parçalanmasını və cəmiyyətin bölünməsini şərtləndirən qırmızı xəttin astanasındadır. Şox şeyə yenidən baxmaq zərurəti var. Biz bir-birimizə qulaq asmağa cəhd göstərməiyik...Sivil dünyada dəqiq qanun var: əgər nə isə cəmiyyətin bölünməsinə gətirib çıxarırsa, bunun qarşısı alınmalıdır. Cəmiyyət kalkulyator deyil, 680 minin 400 mindən çox olması məntiqindən yanaşaraq qərar qəbul etmək səhvdir. Əgər belə düşünülsə, günlərin birində nə bunlar, nə də o birilər Ermənistanda qalacaqlar”, - Ohannisyan erməni cəmiyyətinə xəbərdarlıq edib.

Sahil İsgəndərov
Azvision.az

Teqlər: Ermənistan   İflas  






Xəbər lenti