`Azərbaycan narı` sərgi-müsabiqəsi başa çatdı

`Azərbaycan narı` sərgi-müsabiqəsi başa çatdı
  21 Mart 2014    Oxunub:1458
Martın 20-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Azərbaycan narı” sərgi-müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilib.

Sərgi Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “AZNAR” şirkəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşəbbüsü ilə təşkil olunub.

Sərgi-müsabiqəyə rəssamların, ADRA və ADMİU tələbələrinin 100-dən çox əl işi təqdim edilib.

Müvafiq qurumların nümayəndələrinin, rəssamların, tələbələrin, ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlərinin qatıldıqları mərasimdə ADRA-nın rektoru, akademik Ömər Eldarov, Niderland Krallığı, Fransa və Belarusun Azərbaycandakı səfirləri Robert Jan Qabrielse, Paskal Mönye, Nikolay Patskeviç və digərləri, habelə “AZNAR” şirkəti müşahidə şurasının sədri Fərhad Əhmədov çıxış ediblər.

Sonda sərgi-müsabiqənin qaliblərinə “AZNAR” şirkəti tərəfindən mükafatlar təqdim olunub.


Teqlər:  





Xəbər lenti