"Onlarla şirkət Qarabağın bərpasında iştirak etmək istəyir" - Baş katib

"Onlarla şirkət Qarabağın bərpasında iştirak etmək istəyir" -    Baş katib
  10 Sentyabr 2021    Oxunub:1172
Qarabağ bölgəsində iqtisadi fəaliyyət üçün böyük potensial mövcuddur. Türk Şurası ölkələrinin onlarla şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək istəyir.
Azvision.az xəbər verir ki, bunu Türk Şurasının baş katibi Bağdad Amreyev üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

B.Amreyev 2020-ci ildə Qarabağa səfərini xatırladıb və Prezident İlhamƏə Əliyevin onları qəbul etməsindən məmnun olduğunu bildirib.

Baş katib əlavə edib ki, Türk Şurası iqtisadi əməkdaşlığın əldə olunması üçün səmərəli vasitədir.

Qeyd edək ki, Bakıda keçirilən Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında türk dövlətlərinin rəsmi nümayəndələri, o cümlədən Türkiyənin ticarət naziri Mehmet Muş, Türk Şurasının baş katibi Bağdad Amreyev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin müavini Badrıddin Abidov, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto iştirak edirlər.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti