Hərbi hissədə Novruz bayramı

Hərbi hissədə Novruz bayramı
  20 Mart 2014    Oxunub:1268
Bu gün Şəkidə yerləşən hərbi hissələrdə əsl bayram ab-havası yaşanıb. Şəki Gənclər və İdman İdarəsinin təşkilatı ilə əsgərlərə bayram sovqatı aparılıb.

AzVision.az Kanal S-ə istinadən bildirir ki, sərhəd qoşunlarının Şəkidə yerləşən N saylı sərhəd dəstəsində Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bayram şənliyi keçirilib. İlk olaraq hərbi hissə rəhbərliyi və Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi əsgərləri bayram münasibətilə təbrik edib. Tədbir bayram konserti ilə davam edib. Konsert zaman əsgərlərə bayram sovqatı paylanılıb.

Mülki müdafiə qoşunlarının Şəkidə yerləşən N saylı taborunda Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə bayram keçirilib. Burada da əsgərlərə bayram sovqatı paylanılıb və konsert təşkil edilib.


Teqlər:





Xəbər lenti