Dövlət borcunun ödənilməsinə 7,2 mlrd. manat yönəldəcək

Dövlət borcunun ödənilməsinə 7,2 mlrd. manat yönəldəcək
  09 Sentyabr 2021    Oxunub:965
2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7,214 mlrd. manat yönəldilməsi proqnozlaşdırılır.
Azvision.az -ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir. 2022-ci ildə dövlət borclarına xidmətlə bağlı 1,912 mlrd. manat, 2023-cü ildə 1,792 mlrd. manat, 2024-cü ildə 1,814 mlrd. manat, 2025-ci ildə isə 1,696 mlrd. manat yönəldilməsi proqnozlaşdırılır.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət borcunun ödənilməsinə 883,5 mln. manatdan çox vəsait yönəldib. İlin ikinci yarısında daha 1,315 mlrd. manatın dövlət borcunun ödənilməsinə yönəlməsi gözlənilir.

Əlavə edək ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 28,543 mlrd. manat, o cümlədən cari xərclər 18,024 mlrd. manat, əsaslı xərclər 8,320 mlrd. manat, dövlət borclarına xidmətlə bağlı xərclər isə 2,199 mlrd. manat səviyyəsində müəyyənləşdirilib.

Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.

Azvision.az



Teqlər: borc  





Xəbər lenti