Sabirabadda sürücü polislərə xəsarət yetirib

Sabirabadda sürücü polislərə xəsarət yetirib
  09 Sentyabr 2021    Oxunub:1074
Sabirabad rayonunda polislərə qarşı zor tətbiq edilib.
Bu barədə Azvision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Belə ki, Sabirabad şəhəri H.Əliyev prospektində “VAZ-2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi səbəbindən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxardıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti