Avtomobilinin qaçırıldığını bildirən şəxsin yalanı üzə çıxdı

Avtomobilinin qaçırıldığını bildirən şəxsin yalanı üzə çıxdı
  20 Mart 2014    Oxunub:1047
Avtomobilinin qaçırılması barədə polisə yalan məlumat vermiş Şamaxı sakininin yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.

AzVision.az -ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 19-da Şamaxı rayon sakini Allahyar Qurbanov Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə müraciət edərək həmin gün Moskva prospektindən "VAZ-2107" markalı avtomobilinin qaçırılmasını bildirib.

Avtomobil həmin gün DİN BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı yolunun 12-ci km-də tapılıb.

Araşdırmalar zamanı martın 19-da Bakı-Şamaxı yolunun 10-cu km-də A.Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər sakinləri Təzəgül Vəliyevanı və onun qızı Ayşəni vuraraq hadisə yerindən qaçması və avtomobilinin qaçırılması barədə polisə yalan məlumat verməsi müəyyən edilib.


Teqlər:





Xəbər lenti