20 dövlət əmlakı hərraca qoyulacaq

20 dövlət əmlakı  hərraca  qoyulacaq
  07 Sentyabr 2021    Oxunub:984
Əmlak Məsələləri Dövlət Xidməti oktyabrın 5-də hərrac təşkil edəcək. Hərraca 20 dövlət əmlakı çıxarılacaq. Bunlardan 18-si kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikilidir.
Xidmətdən Azvision.az -a bildirilib ki, kiçik dövlət müəssisə və obyektlərinə investorlar üçün maraqlı ola biləcək mağaza, yardımçı təsərrüfat, emalatxana binası, maye qaz satışı sahəsi kimi dövlət əmlakı aiddir. Əksər müəssisələr torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılacaq. Yarımçıq tikililər Xaçmaz və Şamaxı rayonlarında yerləşir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3DTbi16)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər. Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az



Teqlər: Hərrac   Dövlət-əmlakı  





Xəbər lenti