Qətərlə iqtisadi əlaqələr müzakirə edilib

Qətərlə iqtisadi əlaqələr müzakirə edilib
  07 Sentyabr 2021    Oxunub:1021
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.
Azvision.az xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb. M. Cabbarov bildirib ki, görüşdə ölkələr arasında ikitərəfli iqtisadi əlaqələr dəyərləndirilib, ortaq maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Səmərəli müzakirələr zamanı Qətər şirkətlərini işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmağa və birgə layihələrin həyata keçirilməsinə dəvət etdik”, - deyə nazir qeyd edib.

Azvision.az


Teqlər: Qətər  





Xəbər lenti