Qaabağda işləyən fermerlərə subsidiya veriləcək

Qaabağda işləyən fermerlərə subsidiya veriləcək
  07 Sentyabr 2021    Oxunub:1781
Gələn ildən Azərbaycanın azad edilmiş ərazilərində işləyən fermerlərə əkin üçün birdəfəlik subsidiyalar veriləcək.
Azvision.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzümlüyün hər hektarı üçün sahibkara 8 min manat məbləğində birdəfəlik subsidiya veriləcək:

"Eyni zamanda üzümlüklərə görə subsidiya mexanizmi Ağsu, Cəlilabad, İsmayıllı, Qəbələ, Qobustan, Lerik. Siyəzən, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarında işləyən fermerlərə də şamil olunacaq".

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Tədqiqatlar Mərkəzinin sədri Firdovsi Fikrətzadə bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köklü qayıdış planının hazırlanması gözlənilir. Onun sözlərinə görə, həmin ərazilərdə əkin sahələrinə subsidiyaların verilməsi əsasən simvolik xarakter daşıyır: “Əsas məqsəd həmin ərazilərimizə qayıdışı stimullaşdırmaqdır. Bu il pilot layihə olaraq arıçılıq və qoyunçuluq təsərrüfatları Kəlbəcər yaylaqlarına köçürüldü. Hazırda azad edilmiş ərazilərdə mina təmizləmə işləri həyata keçirilir”.

Xatırladaq ki, bu gün elan olunmuş subsidiya qaydalarına görə, işğaldan azad edilmiş şəhər və rayonlar da subsidiya ödəniləcək ərazilərə aid edilib.

Azvision.az



Teqlər: Subsidiya  





Xəbər lenti