Qəbələdə yanğın, əraziyə 2 helikopter cəlb edilib - YENİLƏNİB

 Qəbələdə yanğın, əraziyə 2 helikopter cəlb edilib -  YENİLƏNİB
  26 Avqust 2021    Oxunub:1226
Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
FHN-dən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə əlavə olaraq Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır. Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti