Bərdədə kabel oğurlayan dəstə ələ keçdi

Bərdədə kabel oğurlayan dəstə ələ keçdi
  26 Avqust 2021    Oxunub:1093
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan 3 nəfər saxlanılıb.

Araşdırmalarla onların Vüsal İsayev, Rafiq Ələsgərov və Rahib Məmmədov olduğu müəyyən edilib. Həmin şəxslər cari il ərzində müxtəlif vaxtlarda 640 metrdən çox elektrik naqillərini oğurlayaraq vətəndaşlara maddi ziyan vurublar.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti