Bakı-Şamaxı yolunda qəza

Bakı-Şamaxı yolunda qəza
  19 Mart 2014    Oxunub:1362
Bakı-Şamaxı yolunda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 87-ci kilometrliyində, Qobustan rayonu ərazisində "VAZ" və "Ford" markalı iki minik avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Yol-nəqliyyat hadisəsi nəticəsində "VAZ" markalı avtomobildə olan 6 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobilin sürücüsünü təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.


Teqlər:





Xəbər lenti