Qarabağa qanunsuz getmək istəyənlər həbs edilib

Qarabağa qanunsuz getmək istəyənlər həbs edilib
  24 Avqust 2021    Oxunub:985
İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Zəngilan rayon sakini Vüsal Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə kommendant postunda saxlanılıb.

V.Cəfərov saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobilə baxış keçirilməsinə mane olmağa çalışıb. V.Cəfərovun bu hərəkətlərini qarşısı alınıb, avtomobilin yük yerinə keçirilən baxış zamanı qohumu Rauf Cəfərovu orada gizlədərək qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçirməyə çalışdığı müəyyən edilib.

Hər iki şəxs saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı sürücü V.Cəfərov 15, qohumu R.Cəfərov isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti