Yanğın söndürməyə gedən yanğınsöndürən yandı

Yanğın söndürməyə gedən yanğınsöndürən yandı
  19 Mart 2014    Oxunub:3450
Hadisə Ağdam rayon Təcili Tibbi Yardim Stansiyasinda baş verib.
AzVision.az xəbər verir ki, Ağdam rayon Təcili Tibbi Yardim Stansiyasinda yanğın olub, 1 nəfər xəsarət alıb. Yanğın güclü külək zamanı kəsilən elektrik enerjisinin verilməsindən sonra baş verib. Stansiyanın damından qalxan tüstünü görən işçilər FHN-in yanğından mühafizə hissəsinin Ağdam şöbəsinə məlumat veriblər.

İşçilər içəridə olan bütün tibbi vəsaitləri boşaldıblar. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tez bir zamanda alovun qarşısını alıblar. Hadisə zamanı yüngül xəsarət alan yanğından mühafizə bölməsinin əməkdaşına tibbi yardım göstərilib.

Baş verən hadisə ilə bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti