Türkiyəyə gizlin qızıl aparmaq istədi

Türkiyəyə gizlin qızıl aparmaq istədi
  23 Avqust 2021    Oxunub:1312
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən qanunsuz olaraq keçirmə cəhdinin qarşısını alıblar.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, HNBGİ Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Bakı-İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı "Qırmızı Kanal"a keçərkən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Vətəndaşın yükləri rentgen aparatından keçən zaman monitorda zərgərlik məmulatlarının təsvirləri görünüb.

Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən, ümumi çəkisi 128 qram olan qızıl zərgərlik məmulatları - 3 ədəd sırğa-üzük dəsti, 1 ədəd sırğa-üzük-kulon dəsti və 1 ədəd boyunbağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti