Ağcabədi və Naftalanda Novruz şənliyi

Ağcabədi və Naftalanda Novruz şənliyi
  19 Mart 2014    Oxunub:2799
Ağcabədi şəhərinin mərkəzi stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, tədbirdə çıxış edənlər ağcabədililəri bayram münasibətilə təbrik edib, qədim adət-ənənələrimizdən olan Novruzun xalqımız tərəfindən həmişə böyük sevinclə qarşılandığını bildiriblər.

Bayram tədbirində rəsm, əl işləri və gül müsabiqələri keçirilib. Rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı şən və rəngarəng proqram tamaşaçılarda xoş ovqat yaradıb.

Bayram şənliyində tonqallar alovlanmış, milli adət və ənənələr yad edilib. Faytonla meydana daxil olan Bahar qızı və əlində od tutan Dədə Qorqud mərasim iştirakçılarını Novruzun gəlişi münasibətilə təbrik edib, onlara bol ruzi, əmin-amanlıq və xoş günlər arzulayıblar. Kosanın və Keçəlin məzhəkəli oyunları, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanıb.

Tədbirdə milli atçılıq oyun növü olan çövkən oyunu nümayiş olunan, qalib komandaya kubok və hədiyyələr verilib.

***

Naftalan şəhərində xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibətilə ümumşəhər şənliyi keçirilib.

Naftalan şəhər stadionunda keçirilən el şənliyində icra hakimiyyətinin başçısı Natiq Aslanov şəhər əhalisini bayram münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Şənlik konsert proqramı ilə davam edib. Novruzun simvolları olan Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradib. Meydanda milli musiqinin sədaları altında kəndirbazların məharəti, idmançıların çıxışları tədbirə daha da rəng qatıb.


Teqlər:





Xəbər lenti