Goranboyda ana sevgilisi ilə əlbir olub oğlunu öldürdü

   Goranboyda ana sevgilisi ilə əlbir olub oğlunu öldürdü
  22 Avqust 2021    Oxunub:2173
Ana və qeyri-rəsmi nikahda yaşadığı kişi ilə 11 yaşlı övladını döyərək öldürüb.
Hadisə Goranboy rayon mərkəzində, ailənin yaşadığı evdə baş verib. Əldə olunan məlumata görə, naməlum səbəbdən Gülay Təhməzova qeyri-rəsmi nigahda yaşadığı Anar Məmmədovla əlbir olaraq 11 yaşlı oğlu, F.Təhməzovu döyərək öldürüb.

Daha sonra izi azdırmaq üçün uşağın meyitini Goran qəsəbəsi yaxınlığındakı qamışlığa atıblar.

Hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.(APA)

Azvision.az



Teqlər:





Xəbər lenti