Keçmiş arvadını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib

Keçmiş arvadını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
  20 Avqust 2021    Oxunub:1437
İyunun 4-də Salyan şəhər sakini Cəmilə Əsgərovanın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Salyan Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Salyan rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri Xəyal Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Cəmilə Əsgərovaya mətbəx bıçağı ilə müxtəlif bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.

Xəyal Əsgərov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti