Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlanıb
  20 Avqust 2021    Oxunub:1336
Qanunsuz meşə materiallarının axşam saatlarında “Mercedes-Benz” markalı avtomobillə Bakıya daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat əsasında nəzarət tədbirləri keçirilib.
Xidmət rəsmisi Vaqif Cavadov Azvision.az -a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı “Mercedes-Benz” markalı 99-SH-688 dövlət nömrə nişanlı avtomobildə meşə materialının daşındığına şübhələr yarandığından Yol Patrul Xidmətinin əməkdaşlarına məlumat verilib:

"Binəqədi rayonu ərazisində avtomobil saxlanılaraq yük yerinə baxış keçirilib. Baxış zamanı qanunsuz yolla əldə edilmiş 16 m3 həcmində işlik meşə materialı aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır”.


Azvision.az


Teqlər: Meşə   ETSN  





Xəbər lenti