Bakıda 76 yaşlı qadının meyiti tapıldı

Bakıda 76 yaşlı qadının meyiti tapıldı
  19 Avqust 2021    Oxunub:935
Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti