Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov
Azvision.az -a bildirib ki, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi külli miqdarda ümumi çəkisi 250 kiloqram yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri, 5 ədəd quru vəziyyətdə çətənə bitkiləri aşkar olunaraq götürülüb:
"Bundan başqa həmin şəxsin yaşadığı evə baxış zamanı külli miqdarda kustar üsulla hazırlanmış marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq aparılır".
Azvision.az