AQTA 12 müəssisədə nöqsan aşkarladı

AQTA 12 müəssisədə nöqsan aşkarladı
  19 Avqust 2021    Oxunub:1199
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 18-də ölkə üzrə 401 ictimai iaşə obyektində 675 monitorinq keçirilib. Monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 566 ünvanında yerləşən, fiziki şəxs Baxışov Cəmaləddin Baxış oğluna məxsus “Chaikhor” çay evi;

2. Bakı şəhəri, Nizami rayonu, Şərifli küç., ev 25 ünvanında yerləşən, fiziki şəxs Sadıqova Mətanət Rəşid qızına məxsus kafe;

3. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 37/43 ünvanında yerləşən, fiziki şəxs Əkbərova İlhamə İsmayıl qızına məxsus “İdeal” kafesi;

4. Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyov küç., ev 10, məh. 37/43 ünvanında yerləşən, fiziki şəxs Faruk Cemil Ozmen oğluna məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Ə. Nəzərov küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Elvin Kərim oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami rayonu, S. Mirzeyev və Çobanzadə küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Abdullayev Zaur Alikoviç oğluna məxsus “Nanə” restoranı;

7. Bakı şəhəri, Nizami rayonu, Hacıyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Arif Kənan oğluna məxsus kafe;

8. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 124 ünvanında yerləşən, fiziki şəxs Abbasov Cavid Dilqəm oğluna məxsus “Kabab evi” kafesi;

9. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 130 ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Arif Əli oğluna məxsus “Daş Fırın” restoranı;

10. Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küç., ev 106 ünvanında yerləşən, fiziki şəxs Kadrı Yıldıza məxsus kafe;

11. Bakı şəhəri, Xətai rayonu, S. Vəzirov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Nicat Nazir oğluna məxsus “Adana Lahmacun” restoranı;

12. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, fiziki şəxs Əliyev Şahin Məmmədrza oğluna məxsus “Murad” kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti