Kürdəmirdə narkotik yetişdirən şəxs saxlanılıb

Kürdəmirdə narkotik yetişdirən şəxs saxlanılıb
  19 Avqust 2021    Oxunub:1259
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Türkədi kənd sakini Yunis Əzizov saxlanılıb.

Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 17 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Narkotik  





Xəbər lenti