Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan
Azvision.az -a bildirilib ki, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Samir Heydərov saxlanılıb.
Saxlanılarkən həmin şəxsin üzərinə baxış keçirilən zaman bükümlərdə psixotrop maddə hesab edilən metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq aparılır.
Azvision.az